Bank Of Baku

«Delta Telecom» şirkəti tarifləri iki dəfə endirib

«Delta Telecom» şirkəti tarifləri iki dəfə endirib
# 04 fevral 2009 06:57 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanın «Delta Telecom» şirkəti İnternet abunəçilərinə göstərdiyi xidmətlər üçün tariflərini endirib.
«Delta Telecom» şirkətinin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, yeni layihənin əsas məqsədi genişzolaqlı İnternet istifadəçilərinin sayını artırmaqdır. Bu istiqamətdə beynəlxalq magistralda yüksəksürətli İnternet tutumunun həcmi iki dəfə artırılıb. Bununla yanaşı, «Delta Telecom»un xidmətlərindən istifadə edən provayderlər beynəlxalq magistraldan istifadə qiymətləri iki dəfə aşağı endirilib. Hazırda beynəlxalq magistralda hər 1 Mbit/s İnternet tutumunun qiyməti 275 manat (ƏDV-siz) təşkil edir.
Qeyd edək ki, lokal İnternet resurslarının inkişaf etdirilməsi məqsədi ilə «Delta Telecom»un sponsorluğu ilə fəaliyyət göstərən «Lokal Exchange»ə 10 Mbit/s sürəti ilə bağlanma hər bir provayder üçün pulsuz təmin ediləcək. Şirkətin məqsədi İnternet resurslarının, İnternet xidmətlərinin inkişafı, son istifadəçilərin İnternetə çıxış sürətlərinin artırılmasıdır və son istifadəçilər arasında informasiya mübadiləsinin pulsuz aparılmasıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR