Bank Of Baku

«Nokia» şirkəti üç yeni klassik telefonu satışa çıxarır

«Nokia» şirkəti üç yeni klassik telefonu satışa çıxarır
# 04 fevral 2009 07:19 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Finlandiyanın «Nokia» şirkəti klassik üslubda üç yeni mobil telefon – «6700 classic», «6303 classic» və «2700 classic» modellərəni təqdim edib. «APA-Economics»in məlumatına görə, yeni telefon modelləri açıq satışa bu ilin yayında çıxarıla bilər. Yeni telefonların qiyməti modeldən asılı olaraq 65-235 avro təşkil edəcək.
«Nokia 6700 classic» modeli bu üçlüyün zirvəsindədir. Bu model metal korpuslu nazik «Nokia 6300»un daha yumşaq formada tərtib edilmiş davamı kimi qəbul olunur. Aparat 5 meqapikselli kamera, işıq saçan işartı və ayrılmış düymə ilə təchiz edilib, A-GPS texnologiyasını dəstəkləyir və yaddaşına «Nokia Maps» qoşması yüklənmiş vəziyyətdə bazara çıxarılır.
«Nokia 6303 classic» qiymətinə görə daha münasib variantdır. Bu modelin üstünlükləri sırasında 7 saat artırılmış danışıq rejimində və 450 saat gözləmə rejimində iş müddətini qeyd etmək olar.
«Nokia 2700 classic» isə qənaətli olmasına baxmayaraq, 2 meqapikselli kamera, quraşdırılmış musiqi pleyerinə malikdir və 2 GB-lıq yaddaş kartını dəstəkləyir.
Qeyd edək ki, «Nokia» şirkətinin Azərbaycandakı rəsmi distribütoru olan «MobiTel»dən isə bu mobil telefon aparatlarının ölkəmizə nə vaxt gətiriləcəyi barədə dəqiq məlumat verilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR