Bank Of Baku

Azərbaycan bu il «Belarus» traktorlarının istehsalını 21% artıracaq

Azərbaycan bu il «Belarus» traktorlarının istehsalını 21% artıracaq
# 04 fevral 2009 07:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayı ərzində Azərbaycanın Gəncə Avtomobil Zavodunda (GəncAZ) müxtəlif modeldə 70 ədəd «Belarus» markalı traktor istehsal olunub. «APA-Economics»in məlumatına görə, bunu Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç bildirib.
Səfirin sözlərinə görə, bu il ərzində zavod 570 ədəd «Belarus» tipli traktor istehsal etməyi planlaşdırır ki, bu da 2008-ci illə müqayisədə 21% çoxdur.
Qeyd edək ki, ötən il ərzində GəncAZ-da 481 ədəd traktor istehsal olunub. Traktorların 430-u müqavilə əsasında «Aqrolizinq» ASC-yə təhvil verilib, digər 51 ədədi isə özəl şirkət və sahibkarlara satılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR