Bank Of Baku

Azərbaycan xaricdən elektron çöl-ölçmə cihazları alıb

Azərbaycan xaricdən elektron çöl-ölçmə cihazları alıb
# 04 fevral 2009 07:59 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan hökuməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD, Dünya Bankı qrupunun üzvü) arasında imzalanmış «Daşınmaz əmlakın qeydiyyatı Layihəsi» çərçivəsində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) ərazi idarələrinə 21 ədəd GPS, 11 ədəd «Total–station» markalı elektron çöl-ölçmə cihazları alınıb. Bu barədə «APA-Economics»ə DƏDRX-in mətbuat xidmətindən məlumat verilib.
Hollandiyanın «Trimbl» şirkətinin istehsalı olan bu avadanlıqlar daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarını və sərhədlərinin dəqiqliklə təyin etmək xüsusiyyətlərinə malikdir.
Xidmət mütəxəssislərinin şərhinə görə, bu gün yaşayış məntəqələrindən kənar torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarında, sərhədlərində bir sıra ciddi uyğunsuzluqlar mövcuddur. Hüquq sahibləri tərəfindən təqdim edilən sənədlərdəki ölçü və sərhədlərlə torpaq sahələrinin naturadakı vəziyyəti arasında özünü göstərən fərqlər hüquqların dövlət qeydiyyatı zamanı müəyyən problemlər yaradır. Müasir informasiya texnologiyalarının ən son nailiyyətlərinə aid edilən bu cihazlar isə qeyd edilən problemlərin həllinə, daşınmaz əmlakın rəqəmli məlumat bazasının formalaşdırılması prosesində yüksək dəqiqliyin təmin olunmasına imkan verəcək.
Qeyd edək ki, çöl-ölçmə işlərinin dəqiq aparılması və məlumatların operativ qaydada əldə edilməsi üçün «Daşınmaz əmlakın qeydiyyatı Layihəsi» çərçivəsində ölkənin bütün ərazisində 37 ədəd fasiləsiz fəaliyyət göstərən istinad stansiyası yaradılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR