Bank Of Baku

Rusiyanın aparıcı avtomobil istehsalçısı satış problemi ilə üzləşib

Rusiyanın aparıcı avtomobil istehsalçısı satış problemi ilə üzləşib
# 04 fevral 2009 08:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Rusiyanın «AvtoVAZ» avtomobil zavodunda 2009-cu ilin yanvar ayı ərzində avtomobillərin satış həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 37,5% azalıb.
«APA-Economics»in məlumatına görə, yanvar ayında «AvtoVAZ» cəmi 29,1 min avtomobil realizə edib. Ötən ilin yanvar ayında isə zavod 46,6 min avtomobil sata bilib. Öz növbəsində «AvtoVAZ» satış həcminin azalmasını valyuta məzənnələrinin qeyri-sabit olması, avtokreditləşmənin həcminin azalması və alıcıların maliyyə böhranı dövründə avtomobil almaqdan imtina etməsi ilə izah edir. Qeyd edək ki, ötən ay «AvtoVAZ» yaxın və uzaq xaricə avtomobil ixrac etməyib və məhz bu səbəbdən satışın həcmi azalıb.
Ötən il ərzində 2007-ci illə müqayisədə «AvtoVAZ»ın satış həcmi 6% azalıb. Belə ki, zavod 2008-ci ildə 728 min avtomobil satıb. Cari il ərzində isə «AvtoVAZ» satış həcminin 4% azalacağını və 2009-cu ildə 600 min avtomobil realizə olunacağını proqnozlaşdırır. Buna baxmayaraq, şirkət Rusiya avtomobil bazarındakı iştirak payını 27%-dən 30%-dək artırmağı planlaşdırır.
Qeyd edək ki, proqnozlara əsasən, cari ilin ilk rübündə Rusiyada avtomobil istehsalı əhəmiyyətli dərəcədə azalacaq. Əgər 2008-ci ilin ilk rübündə Rusiya müəssisələri tərəfindən 331,1 min minik avtomobili istehsal olunubsa, artıq bu ilin analoji dövründə 150-200 min minik avtomobilinin istehsal ediləcəyi proqnozlaşdırılır. Nəticədə, Rusiyada minik avtomobillərinin istehsalı 40-60% azalacaq. Belə ki, 2009-cu ilin yanvar ayında «AvtoVAZ» ümumiyyətlə avtomobil istehsal etməyib. Ulyanovsk Avtomobil Zavodu (UAZ) isə istehsalı ötən ilin dekabr ayının 25-dən bu ilin fevralın 9-dək dayandırıb. İstehsalın dayandırılması müəssisələrdə hazır minik avtomobillərinin toplanması ilə bağlıdır ki, bu da öz növbəsində maliyyə böhranı ilə əlaqələndirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR