Bank Of Baku

Azərbaycanın bölgələrində poçt şöbələrinin texniki avadanlıqla təmin olunmasına dair tender keçirilir

Azərbaycanın bölgələrində poçt şöbələrinin texniki avadanlıqla təmin olunmasına dair tender keçirilir
# 04 fevral 2009 08:14 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərpoçt» Dövlət Müəssisəsi 2009-cu ildə regionlarda poçtamtın inzibati binası, qəsəbə və kənd tipli poçt şöbəsi binalarının texniki avadanlıqlarla təmin olunması ilə bağlı açıq tender elan edib.
Tender Komissiyasından «APA-Economics»ə verilən məlumata görə, müsabiqə üç lot üzrə keçirilir. İlk lot üzrə poçtamtın inzibati binasının tikintisi, ikinci lot üzrə regionlarda qəsəbə tipli poçt şöbəsi binalarının tikintisi və texniki avadanlıqlarla təmin edilməsi, üçüncü lot üzrə isə regionlarda kənd tipli poçt şöbəsi binalarının texniki avadanlıqlarla təmin edilməsi nəzərdə tutulub.
Tenderdə iştirak etmək istəyənlər I və II lotlar üzrə 200 manat, III lot üzrə 150 manat məbləğində iştirak haqqı ödəməlidir. İddiaçılar sənədlərini bu ilin mart ayının 5-dək, tender təkliflərini isə mart ayının 16-dək təqdim etməlidir.
Qeyd edək ki, təkliflər zərflərinin açılma prosedurası martın 17-də keçiriləcək.
Əlaqə telefonu: (+994 12) 493-56-00.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR