Bank Of Baku

Azərbaycanla KfW arasında «Kadastr və daşınmaz əmlakın reyestri Layihəsi» üzrə müqavilə imzalanıb

Azərbaycanla KfW arasında «Kadastr və daşınmaz əmlakın reyestri Layihəsi» üzrə müqavilə imzalanıb
# 04 fevral 2009 08:41 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (DƏDRX) ilə Almaniya İnkişaf Bankı (KfW) arasında Gəncə və Şəki bölgələrində həyata keçirilməsi nəzərdə tutulmuş «Kadastr və daşınmaz əmlakın reyestri Layihəsi» üzrə konsept fazasının və tender mütəxəssisinin maliyyələşdirilməsi məqsədilə müqavilə imzalanıb. Bu barədə «APA-Economics»ə DƏDRX-in mətbuat xidmətindən məlumat verilib.
Layihənin məbləği 453 min avrodur. Layihənin icrasında məqsəd göstərilən ərazilərdə daşınmaz əmlakın rəqəmli kadastr xəritələrinin hazırlanmasından, bu bölgələrdə vətəndaşların mülkiyyətində olan torpaqlardan daha səmərəli istifadəyə şərait yaradılmasından, əmlak bazarında aktivliyin və şəffaflığın təmin olunmasından, bölgədə iqtisadi inkişafın stimullaşdırılmasından ibarətdir.
Qeyd edək ki, KfW Bankının qiymətləndirmə missiyası ötən ilin mart ayında Azərbaycana səfər edib. Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra DƏDRX-lə protokol imzalanıb və bununla da Layihənin konsept fazasına başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR