Bank Of Baku

Yaxın üç ildə Azərbaycanda hər 100 nəfərə düşən telefon aparatlarının sayı 19,8-ə çatacaq

Yaxın üç ildə Azərbaycanda hər 100 nəfərə düşən telefon aparatlarının sayı 19,8-ə çatacaq
# 04 fevral 2009 10:31 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 2011-ci ilədək ölkədə hər 100 nəfərə düşən stasionar telefon aparatlarının sayı 19,8-dək artacağı proqnozlaşdırır.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, 2009-cu il ərzində ümumi tutumu 80 min nömrə olan Bakı şəhərinin köhnəlmiş ATS-lərinin yenidən qurulması nəzərdə tutulub. Belə ki, il ərzində 471/472, 474/475/476, 470 ATS-lərinin indeksasiyası ilə analoq stansiyalar yaradılacaq. ATS 438/439, 494/495, 493/498 isə NGN texnologiyasının tətbiqi hesabına yenidən qurulacaq.
Qeyd edək ki, hazırda Azərbaycanda hər 100 nəfər əhaliyə düşən sabit şəbəkə abunəçilərinin sayı 15,5 nəfərdir. Bununla yanaşı, 2008-ci ilin nəticələrinə görə, hər 100 ailəyə düşən sabit şəbəkə abunəçilərinin sayı cəmi 65,8 nəfər, o cümlədən Bakı şəhəri üzrə 123,7 nəfər, digər ərazilərdə 45,9 nəfər, o cümlədən kənd yerlərində 29,8 nəfər olub.
Xatırladaq ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) paytaxtda rabitəni günün tələbləri səviyyəsində qurulması məqsədilə 2008-ci ildə şəbəkəyə 6,5 mln. manat investisiya proqnozuna qarşı 10,206 mln. manat sərmayə yatırıb müvafiq proqnoz göstəricisini 157% səviyyəsində icra edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR