Bank Of Baku

Bakı-Minsk marşrutu ilə aviareyslərin sayı artırılacaq

Bakı-Minsk marşrutu ilə aviareyslərin sayı artırılacaq
# 04 fevral 2009 12:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı-Minsk-Bakı marşrutu ilə həyata keçirilən sərnişin aviareyslərinin sayı artırılacaq. «APA-Economics»in məlumatına görə, bunu Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç bildirib.
Səfirin sözlərinə görə, artıq «Azərbaycan Hava Yolları» QSC (AZAL) ilə «BelAvia» şirkəti arasında danışıqlar aparılıb və Bakı-Minsk-Bakı aviareysiniy bu yay mövsümündə həftədə 4 dəfəyədək, qış mövsümündə isə həftədə 2 dəfəyədək artırmasına dair ilkin razılıq əldə olunub: «Hazırda Bakı-Minsk-Bakı sərnişin aviareysinə biletlərin çatışmazlığı müşahidə olunur və bu da onu göstərir ki, tələbat artıb. Sözügedən aviareysin sayı mütləq artırılacaq».
Qeyd edək ki, hazırda Bakı-Minsk-Bakı aviareysi həftədə 1 dəfə (IV gün), yay mövsümündə isə həftədə 2 dəfə yerinə yetirilir. Bakı-Minsk-Bakı sərinişin aviareysinə biletin satış qiyməti 365 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR