Bank Of Baku

«Nar Mobile» abunəçilərinə yeni tarif planı təqdim olunub

«Nar Mobile» abunəçilərinə yeni tarif planı təqdim olunub
# 04 fevral 2009 13:32 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanın üçüncü mobil rabitə operatoru olan «Azerfon» şirkəti («Nar Mobile» ticarət nişanı) abunəçilərin istifadəsinə «Söhbətcil» tarif planını təqdim edib.
Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, «Söhbətcil» tarif planının əsas üstünlüyü şəbəkədaxili zənglər üçün qiymətin cəmi 3 qəpikdən başlayaraq danışmaq imkanıdır. Şəbəkədaxili danışıqların ilk dəqiqəsinin qiyməti 9 qəpik, ikincinin – 6 qəpik, üçüncü və növbəti dəqiqələrin – 3 qəpik təşkil edir. Şəhər nömrələri və ölkənin digər operatorlarının nömrələrinə edilən zəngin bir dəqiqəsi 12 qəpikdir.
«Söhbətcil» tarif planına *777#237#yes şifrəsini yığmaqla və ya «S» hərfini yazaraq 771 nömrəsinə SMS göndərməklə keçmək olar. Yeni tarif planına qoşulmaq üçün «Nar Mobile» mərkəzləri, rəsmi distributor və diler şəbəkəsi və ya www.narmobile.az veb-saytına müraciət etmək olar. «Söhbətcil» tarif planı öncədən ödənişli və abunə haqqı olmayan tarif planıdır.
Xatırladaq ki, GSM operatoru olan «Azerfon» şirkətinə mobil rabitə xidmətləri göstərməsi üçün Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 2005-ci ilin dekabrın 30-da lisenziya verilib. Şirkət kommersiya fəaliyyətinə 2007-ci ilin martın 21-də başlayıb. «Nar Mobile» şəbəkəsi Azərbaycan ərazisinin 80%-ni əhatə edir. Hazırda şirkətin 1 mln-dan çox abunəçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR