Bank Of Baku

«Zumbafone» telefonu bazarda inqilab yaradacaq

«Zumbafone» telefonu bazarda inqilab yaradacaq
# 04 fevral 2009 14:21 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Böyük Britaniyanın «IA Technologies» şirkəti gələcəkdə kommunikasiya sahəsində inqilaba səbəb olacaq «Zumbafone» adlı mobil telefonun istehsalı üzərində işləyir. Yeni telefon üzərində işləyənlərin sözlərinə görə, «Zumbafone» tamamilə səslə idarə ediləcək.
«APA-Economics»in məlumatına görə, bütün məlumat telefonun yaddaşında deyil, kənarda yerləşən serverdə saxlanılacaq, bu da istifadəçiləri qadceti itirdikdə məlumatların itirilməsi təhlükəsindən qoruyacaq.
Yeni telefondan zəng etdikdə telefonun sahibi sadəcə əlaqənin adını çəkib, çağırış düyməsini basır. SMS-lərin göndərilməsi üçün təxminən eyni prosedura həyata keçirilir: onlar ya diktə edilir, ya da quraşdırılan klaviatura vasitəsi ilə yığılır.
«Zumbafone» telefonlarının artıq bu ilin sonunda satışa çıxarılması nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR