Bank Of Baku

«LG» şirkəti mobil telefon bazarında payını artırıb

«LG» şirkəti mobil telefon bazarında payını artırıb
# 04 fevral 2009 14:40 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Cənubi Koreyanın «LG» şirkəti dünyanın aparıcı mobil telefon istehsalçıları arasında 2008-ci ilin nəticəsində «Motorola» və «Sony Ericsson» şirkətlərini geridə qoyub və beşinci yerdən üçüncü yerə yüksəlib. Ötən il ümumilikdə dünyada 1,21 mlrd. mobil telefon aparatı istehsal olunub ki, bu da 2007-ci illə müqayisədə 5,4% çoxdur.
«APA-Economics»in məlumatına görə, analitik agentliklərin araşdırmaları zamanı məlum olub ki, Koreya şirkətinin bazardakı payı 2008-ci ildə Şimali Amerikada satışın kəskin genişlənməsmi hesabına 1,5 faiz bəndi artaraq 8,3% təşkil edib. Vendor olduqca güclü, rəqabətli portfelə malikdir və sensor ekranlı aparatlar bazarında liderlik edir.
Bununla ynaşı, «LG» ötən il 100 mln. telefon satıb və bu, üçüncü yerin keçmiş sahibi olan «Motorola» şirkətinin analoji göstəricisindən cəmi 10% çoxdur.
Qeyd edək ki, 2007-ci il ilə müqayisədə «Sony Ericsson» şirkətinin bazar payı 0,7 faiz bəndi, «Motorola»nın 5,1 faiz bəndi azalıb, «Nokia» və «Samsung»un payları isə müvafiq olaraq 1,8 və 2,7 faiz bəndi azalıb. Ötən ilin nəticələrinə görə, «Nokia» dünya mobil telefon bazarında 38,6%, «Samsung» isə 16,2% paya malikdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR