Bank Of Baku

«Nikon» şirkəti səkkiz yeni fotokameranın istehsalına başlayıb

«Nikon» şirkəti səkkiz yeni fotokameranın istehsalına başlayıb
# 05 fevral 2009 06:28 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Yaponiyanın «Nikon» şirkəti bazara səkkiz yeni fotokamera təqdim edib. Bunların arasında ən ucuz modelin qiyməti 110 ABŞ dollarıdır. «APA-Economics»in məlumatına görə, bütün yeni «Nikon» fotokameralarının artıq 2009-cu ilin mart-aprel aylarında ABŞ-da satışa çıxarılacağı gözlənilir.
Qeyd edək ki, yeni modellər sırasında ən bahalısı «Nikon Coolpix P90»dır. Bu kamera 24x optik böyütmə və digər funksiyalara malikdir, saniyədə 15 kadr çəkir, qiyməti isə 400 dollardır. «Nikon Coolpix L100» modeli 10 meqapikselli 15x optik ultrazumla təchiz olunub, saniyədə 13 kadr çəkir, 3-düyümlü displeyə malikdir, qiyməti 280 dollardır. Büdcə sinfinə aid olan «Coolpix S220», «Coolpix L19» və «Coolpix L20» modelləri bazarda 110-150 dollara satılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR