Bank Of Baku

Hacıqabul Telekommunikasiya Qovşağı tender keçirir

Hacıqabul Telekommunikasiya Qovşağı tender keçirir
# 05 fevral 2009 08:28 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Aztelekom» İstehsalat Birliyi Hacıqabul Telekommunikasiya Qovşağı rayonun Muğan və Talış kəndlərinin hər biri üçün 256/30 nömrəlik elektron ATS-lərin alınmasına dair kotirovka sorğusu elan edib. Təkliflər Hacıqabul Telekommunikasiya Qovşağında qəbul olunur. Əlaqə telefonu: 4-31-31.
«APA-Economics»in məlumatına görə, 2008-ci ildə respublikanın 500-dən artıq kəndi telefonla təmin edilib və bunun nəticəsində ölkə tam olaraq telefonlaşdırılıb, hətta 5 ailədən ibarət kəndlərdə də telefon rabitəsi yaradılıb. Hazırda ölkədə hər 100 nəfərin 68-i mobil telefon rabitəsi abunəçisidir. Bu il stasionar telekommunikasiya şirkətlərinin qarşısına gələcəkdə tariflərin yenidən baxılması, hətta telefon çəkilişi tariflərinin sıfıra endirilməsi imkanlarının araşdırması məqsədləri qoyulub. Bütün bunlar bu ilin I yarısı ərzində həyata keçirilməlidir və bunun nəticəsində «100 ailəyə 100 telefon» layihəsi reallaşdırılmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR