Bank Of Baku

ABŞ-ın avtomobil bazarı iflasa uğrayır

ABŞ-ın avtomobil bazarı iflasa uğrayır
# 05 fevral 2009 10:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. ABŞ-ın avtomobil bazarında bu ilin yanvar ayı ərzində avtomobillərin satış həcmi 2008-ci ilin analoji dövrü ilə müqayisədə 37% azalıb.
«APA-Economics»in məlumatına görə, ABŞ-ın bəzi avtomobil şirkətlərində isə orta hesabla satış həcmi birbaşa olaraq 50% azalıb. Belə ki, «Ford» avtomobillərinin satış həcmi 40%, «General Motors»un 49%, «Chrysler» konserninin istehsal etdiyi avtomobillərin satış həcmi isə 55% azalıb. Təkcə «Chrysler» avtomobillərinin satışı 69% azalıb ki, avtomobil ekspertlərinin fikrincə, bu, artıq iflas deməkdir.
Avropa istehsalı olan avtomobillərin ABŞ-ın avtomobil bazarında vəziyyəti isə bir qədər qənaətbəxşdir. İstisnaya «Volvo» aid edilir. Belə ki, hazırda «Volvo» şirkəti «Ford»a məxsusdur və yanvarda bu avtomobillərin satış həcmi 63,8% azalıb.
Maliyyə böhranına baxmayaraq, bir neçə şirkət satış həcmini artıra bilib. Belə ki, Cənubi Koreyanın «Hyundai» şirkəti yanvar ayında satış həcmini 14%, «Kia» 3,5%, Yaponiyanın «Subaru»su isə 8% artırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR