Bank Of Baku

Azərbaycanın «KaTV» şirkəti yüksəksürətli kabel İnternet xidmətləri göstərəcək

Azərbaycanın «KaTV» şirkəti yüksəksürətli kabel İnternet xidmətləri göstərəcək
# 05 fevral 2009 13:32 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanın «KaTV» şirkəti bu ilin avqust ayına kimi yüksəksürətli kabel İnternet xidmətlərinin təşkili layihəsi çərçivəsində ölkənin İnternet xidmətləri bazarının təhlilini başa çatdırmaq niyyətindədir. Bununla yanaşı şirkət texniki vasitələrin hazırlanması ilə bağlı işlər aparır.
«KaTV»nin baş meneceri Pərviz Qədimovun «APA-Economics»ə verdiyi məlumata görə, xidmətlər abunəçilərə son nəsil kabel İnternet xidməti texnologiyası vasitəsi ilə göstəriləcək.
Bu sahədə dünya praktikasının nəzərə alaraq demək olar ki, kabel televiziyası şəbəkəsi vasitəsi ilə İnternetə qoşulan abunəçilər vahid lokal şəbəkəyə qoşulurlar. Bu xidmət «geymer»-istifadəçilərə evdən çıxmadan klub oyunlarında iştirak etmək, audio və video-yeniliklərlə mübadilə aparmağa, iş adamlarına isə böyük həcmli fayllarla, az vaxt sərf edərək mübadilə aparmağa imkan yaradacaq.
Xidmətə qoşulmaq üçün telefon xətti tələb olunmur: bunun üçün mənzildə kabel modemi quraşdırılır, bu da provayderlə məlumat mübadiləsini telefon xətti ilə deyil, kabel televiziyası şəbəkəsinin kanalları vasitəsi ilə həyata keçirməyə imkan verir. Bu şəbəkədə İnternet xidməti sürət və keyfiyyət baxımından, ayrılmış kanallarla İnternetə qoşulma ilə müqayisə edilə bilər. Bununla yanaşı, qiymətlər də ənənəvi İnternetə qoşulma xidmətlərindən daha aşağı olur. Modemin birbaşa televiziya kabelinə qoşulmasına baxmayaraq, televerilişlərin keyfiyyətinə heç bir xələl yetirmir. Müqayisə üçün qeyd edək ki, kabel şəbəkəsi vasitəsi ilə İnternetə qoşulma sürəti adi telefon xətti ilə qoşulmadan 20-30 dəfə artıqdır. İstifadəçi lokal şəbəkədə olduğu kimi İnternetə 10 Mbit/s-dək sürətlə qoşulmaq imkanı əldə edir.
Kabel İnternet xidmətinin daha bir üstünlüyü telefon xətlərində geniş yayılmış «cross-talk»un (ənqəllərin) olmamağındadır. Kabel şəbəkələrində xüsusi kabel müdafiəsi də var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR