Bank Of Baku

Hazırda Azərbaycanda informasiya texnologiyaları üzrə 5000 vakant iş yeri var

Hazırda Azərbaycanda informasiya texnologiyaları üzrə 5000 vakant iş yeri var
# 05 fevral 2009 13:42 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutu İqtisadi İnkişaf Nazirliyinin sifarişinə əsasən «Əmək bazarının informasiya texnologiyaları mütəxəssisləri seqmentində tələb və təklifin tədqiqi və müvafiq təkliflərin hazırlanması» layihəsinin həyata keçirilməsi istiqamətində tədqiqatlar aparır. Bu barədə APA-ya AMEA-nın mətbuat xidmətindən məlumat verilib. İnstitutun araşdırmalarına görə, hazırda Azərbaycanda İnformasiya Texnologiyaları (İT) üzrə təqribən 15975 mütəxəssis çalışır ki, onların 4128 nəfəri (25,8 faizi) ölkənin kiçik müəssisələrinin, 6137 nəfəri (38,4 faizi) orta müəssisələrin, 3800 nəfəri (23,8 faizi) iri müəssisələrin payına düşür. İT mütəxəssislərin 12,0 faizini (1910 nəfərini) müstəqil İT mütəxəssisləri təşkil edir. İnstitut İT mütəxəssisləri və işəgötürənlər arasında sosioloji sorğu da keçirib. Sorğunun nəticələrinə görə, respondentlərin 63,4 faizi ali təhsilli, 21,9 faizi natamam ali təhsilli, 9,7 faizi orta ixtisas təhsilli, 5 faizi isə sertifikatlaşdırılmış kurslar keçməklə İT-mütəxəssis kimi fəaliyyət göstərənlərdir. Hazırda Azərbaycanda İT üzrə 5000-ə qədər vakant iş yeri mövcuddur. İT ixtisası üzrə əsasən proqramçı-mühəndis, kompüter operatoru, informasiya təhlükəsizliyi üzrə mütəxəssis, kompüter sistemlərinin istismarı üzrə mühəndis, sistem-proqramçısı, şəbəkə administratoru kimi vəzifələrə ehtiyac var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR