Bank Of Baku

“Akkord” şirkətlər qrupu Çeçenistan hökumətindən təkliflər alıb

“Akkord” şirkətlər qrupu Çeçenistan hökumətindən təkliflər alıb
# 05 fevral 2009 16:33 (UTC +04:00)
Qroznı-APA. Çeçenistan prezidenti Ramzan Kadırov və Qroznı meri Müslim Xuçiyev “Akkord İnşaat-Sənaye” tikinti şirkətinin nümayəndələri ilə görüşüblər. APA-nın məlumatına görə, görüşdə çıxış edən şirkətin prezidenti İlqar Hacıyev regionun təhlükəsiz və iş adamları üçün cəlbedici olduğunu vurğulayıb: “Çeçenlər və azərbaycanlılar çox ağır dövrlərdən keçiblər. Xoşbəxtlikdən bizim xalqların müdrik liderləri ortaya çıxıb və xalqlar üçün bu ağır dövr dəf edilib”. Görüşdə Ramzan Kadırov “Akkord İnşaat-Sənaye” şirkətinin həyata keçirdiyi müxtəlif layihələrlə tanış olub. İlqar Hacıyev şirkətin postsovet məkanının müxtəlif yerlərində bir sıra layihələr həyata keçirdiyini vurğulayıb: “İki il ərzində biz 1 milyon kvadrat metr yaşayış sahəsi tikmişik. Tikintini keyfiyyətinə nəzarəti alman şirkətinin nümayəndələri həyata keçirirlər”. Ramzan Kadırov Çeçenistan Respublikasının qarşılıqlı əməkdaşlığa hazır olduğunu vurğulayıb: “Biz əməkdaşlığa hazırıq və şirkətinizin Çeçenistanda bir sıra layihələri reallaşdırmağa razılıq verməsinə şad olarıq”. Qeyd edək ki, “Akkord İnşaat-Sənaye” Azərbaycanın aparıcı tikinti şirkətlərindən biridir.

Şirkətin mətbuat xidmətindən APA-ya bildirilib ki, səfər Çeçenistan tərəfinin rəsmi dəvəti əsasında baş tutub. Çeçenistan tərəfi Azərbaycanda gedən tikinti işləri ilə yaxından tanış olduğunu bildirərək, bu işlərin hansı şirkət tərəfindən aparıldığı ilə maraqlanıb. Tikinti işlərinin əsasən “Akkord” şirkətlər qrupu tərəfindən aparıldığını öyrəndikdən sonra Çeçenistan hökuməti bu şirkətlə əməkdaşlıq etmək qərarına gəlib. Əməkdaşlığın əsas məqsədi Çeçenistanda aparılan tikinti işlərinə “Akkord”u cəlb etməkdir. “Akkord” rəhbərliyinin Çeçenistana səfəri də məhz bu kontekstdə baş tutub. Şirkətdən bildiriblər ki, artıq Çeçenistan tərəfindən müəyyən təkliflər var, məsələ konkretləşdirildikdən və razılaşma əldə olunduqdan sonra bu barədə ictimaiyyətə məlumat veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR