Bank Of Baku

Yaponiya ilə Azərbaycan arasında 319 milyon ABŞ dolları məbləğində kredit layihəsi üzrə sənəd imzalanacaq

Yaponiya ilə Azərbaycan arasında 319 milyon ABŞ dolları məbləğində kredit layihəsi üzrə sənəd imzalanacaq
# 05 fevral 2009 17:06 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Fevralın 6-da Nazirlər Kabinetində Yaponiya hökumətinin İnkişafa Rəsmi Yardım Kredit Proqramı çərçivəsində həyata keçiriləcək 319 milyon ABŞ dolları məbləğində “Kiçik şəhərlərdə su təchizatının və kanalizasiya sistemlərinin təkmilləşdirilməsi” kredit layihəsi üzrə Notalar Mübadiləsi sənədinin imzalanması mərasimini keçiriləcək. Yaponiyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, sənədləri Yaponiya tərəfindən bu ölkənin səfiri Massamitsu Oki, Azərbaycan hökuməti tərəfindən isə baş nazirinin müavini Abid Şərifov imzalayacaq.

Layihənin əsas məqsədi Azərbaycanın 10 rayonunda su təchizatı və kanalizasiya sistemlərini bərpa etməkdir. Layihə Şirvan, Xaçmaz, Yevlax, Bərdə, Xızı, Qusar, Qobustan və Naftalanı əhatə edir. Layihədən yararlanacaq insanların sayı təqribən 700 min nəfərdir. Yaponiya hökuməti ümid edir ki, hazırkı layihə adıçəkilən rayonlarda yaşayan insanların rifahına öz töhfəsini verəcək.

Qeyd edək ki, 1998-ci ildən etibarən Yaponiya hökuməti Azərbaycanda bu layihə də daxil olmaqla ümumi dəyəri 665 milyon ABŞ dolları olan 4 kredit layihəsi həyata keçirib.
Yaponiyanın Azərbaycana ayırdığı Rəsmi İnkişaf Yardımının ümumi məbləği, iqtisadi infrastrukturun yaxşılaşdırılması, kənd təsərrüfatı, sosial sahə, mədəniyyət və insan resurslarının inkişafı kimi geniş sahələri əhatə etməklə, təqribən 775 milyon ABŞ dolları təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR