Bank Of Baku

«AdaNet» şirkəti regional şəbəkəsini genişləndirir

«AdaNet» şirkəti regional şəbəkəsini genişləndirir
# 06 fevral 2009 06:57 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. «Azerbaijan Data Network» QSC («AdaNet») regional şəbəkəsini genişləndirmək məqsədi ilə aparılan işlər nəticəsində Gəncə şəhərini əhatə dairəsinə daxil edib.
Şirkətin Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hazırda provayder Bakı və Sumqayıt şəhərlərində də İnternet xidmətləri göstərir.
Bununla yanaşı, şirkət ADSL xidmətlərinin tariflərini növündən asılı olaraq 1,5-2 dəfə aşağı salıb və bu endirim sürətin artırılması vasitəsi ilə həyata keçirilib.
Yeni tariflərə əsasən, İnternetə limitsiz ADSL qoşulmanın minimal sürəti 128/128 Kbit/s-dən 256/256 Kbit/s-dək artırılıb. Sürətdən asılı olaraq 256/256 Kbit/s-dən 1024/1024 Kbit/s-dək İnternetə qoşulma tarifləri 30-160 manat arasında dəyişir. Bununla yanaşı, limitsiz ADSL 256/256 Kbit/s və 512/512 Kbit/s sürətlə qoşulan istifadəçilərə saat 02:00-dən 09:00-dək bonus kimi müvafiq olaraq 1024/1024 Kbit/s və 2048/2048 Kbit/s sürəti təqdim edilir.
Trafik üzrə ADSL İnternet qoşulma xidmətlərinin tarifləri də müvafiq olaraq endirilib, o cümlədən giriş trafikin həcmi artırılıb.
Qeyd edək ki, «Azerbaijan Data Network» QSC 1998-ci ilin iyun ayında yaradılıb və İnternet xidmətləri provayderidir. Şirkətin təsisçiləri rolunda Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (51%) və Almaniyanın «ALKOM Informations-Tehnologien» şirkəti (49%) çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR