Bank Of Baku

«Google» mobil telefonların koordinatlarını təyin edəcək

«Google» mobil telefonların koordinatlarını təyin edəcək
# 06 fevral 2009 08:13 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. «Google» beynəlxalq axtarış sistemi bazara mobil telefon və digər simsiz rabitə qurğularının sahiblərinə öz koordinatları haqda məlumatı avtomatik olaraq istənilən şəxsə ötürmək imkanı verən proqram təqdim edib.
«APA-Economics»in məlumatına görə, «Google Latitude» adlı bu proqram 27 ölkənin istifadəçilərinə istəklərinə görə avtomatik olaraq yerləşdikləri ərazi haqqında məlumat verməyə və ya istənilən vaxt qurğunu söndürməyə imkan verir. Koordinatlara istənilən fərdi kompüterdən baxmaq mümkündür.
«Latitude» proqramından ilk mərhələdə «Google Android Blackberry» telefonlarında, «Symbian S60» sistemini istifadə edən qurğularda, «Windows Mobile» və «T-Mobile» telefonlarında işləyəcək. Daha sonra proqrama «iPhone» və «Sony Ericsson» qurğularının da qoşulması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR