Bank Of Baku

«AG Telekom» şirkəti rəqəmsal kabel teleyayıma başlayır

«AG Telekom» şirkəti rəqəmsal kabel teleyayıma başlayır
# 06 fevral 2009 08:43 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanın «AG Telekom» şirkəti («KaTV1» brendi) yaxın 3-4 ay ərzində son nəsil rəqəmsal kabel televiziyası xidmətləri göstərməyə başlayacaq. Şirkətin baş meneceri Pərviz Qədimovun «APA-Economics»ə verdiyi məlumata görə, yeni xidmət 100-dən çox stereo səsli telekanalın baxılmasına imkan verəcək.
İlkin hesablamalara görə, xidmət üzrə abunə haqqının 15-20 manat səviyyəsində müəyyən edilməsi nəzərdə tutulub.
Ümumiyyətlə, rəqəmsal kabel televiziyası xidmətlərinin göstərilməsi üçün nəzərdə tutulmuş dekoder qurğusunun son nəsil həlləri əlavə xidmətlərin göstərilməsinə imkan yaradır, o cümlədən istifadəçinin televizora özünə uyğun qrafiklə baxması üçün, qoşulmuş sərt diskə teleproqramların yazılması, yayımlanan verilişə taym-şift funksiyası vasitəsi ilə fasilə edib, sonra isə rahat bir vaxtda həmin verilişə baxmaq imkanı verir. Bununla yanaşı, dekoderlərin son versiyaları vasitəsilə iki telekanalı eyni vaxtda sərt diskə yazmaq və s. olar.
Qeyd edək ki, şirkət Bakı ilə yanaşı artıq Sumqayıt şəhərində «SNTV» brendi ilə fəaliyyət göstərir. Şirkəti Bakı üzrə əhatə dairəsi 70% təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR