Bank Of Baku

Son 7 ildə Azərbaycanda torpaq qanunvericiliyinin 5 mindən artıq pozulması faktı aşkarlanıb

Son 7 ildə Azərbaycanda torpaq qanunvericiliyinin 5 mindən artıq pozulması faktı aşkarlanıb
# 06 fevral 2009 09:42 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Son 7 il ərzində Azərbaycanda torpaq qanunvericiliyinin pozulması ilə bağlı 5 mindən artıq fakt aşkarlanıb. «APA-Economics»in məlumatına görə, bunu Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) sədri Qərib Məmmədov bildirib.
Q.Məmmədovun sözlərinə görə, faktlardan 3 600-ü komitə mütəxəssislərinin işə qarışması nəticəsində aradan qaldırılıb, 1 600 qanun pozuntusu ilə bağlı sənədlər hüquq-mühafizə orqanlarına göndərilib, 130 iş məhkəmələrə verilib. Nəticədə, dövlətə cərimələrdən ümumilikdə 40 min manata yaxın pul köçürülüb.
Komitə sədri bildirib ki, hazırda Azərbaycanda 3,7 mln. hektar əkinə az yararlı torpaq sahəsi var. Ehtiyac yaranacağı təqdirdə bu torpaqlar da əkinə cəlb olunacaq. Bundan başqa, Abşeron yarımadasında 30 min ha ərazi neftlə çirklənib. Hazırda həmin ərazilərin rekultivasiyası istiqamətində iş aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR