Bank Of Baku

Azərbaycanda Bakı və Abşeron yarımadası üzrə ortofotoxəritə hazırlanıb

Azərbaycanda Bakı və Abşeron yarımadası üzrə ortofotoxəritə hazırlanıb
# 06 fevral 2009 10:31 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (DTXK) tərəfindən Bakı və Abşeron yarımadası da daxil olmaqla, 2 min kv. km ərazinin 1:1000 miqyasda ortofotoxəritəsi hazırlanıb. «APA-Economics»in məlumatına görə, bunu DTXK sədri Qərib Məmmədov bildirib.
Q.Məmmədovun sözlərinə görə, Bakı şəhəri və Abşeron yarımadası, respublikanın şəhər və rayon mərkəzlərinin 1:1000 miqyasda, qəsəbə və kənd yaşayış məntəqələrinin, kənd təsərrüfatı təyinatlı və digər ərazilərin 1:5000 miqyasda, sərhəd zolağı, cəbhə xətti və yüksək dağlıq ərazilərinin 1:10000 miqyaslarda ortofotoxəritələrinin hazırlanması nəzərdə tutulub. Bu günə qədər aerofotoçəkiliş işlərinin 70%-i yerinə yetirilib. Bununla yanaşı, peyk çəkilişi materialları əsasında hazırlanan 8 min kv. km ərazinin (əsasən Azərbaycanın şimal sərhədləri, böyük Qafqaz dağ silsiləsi massivi) 1:10000 miqyaslı ortofotoxətirələri təhvil verilib.
Komitə sədrinin sözlərinə görə, ortofotoxəritələr əsasında kadastr xəritələrinin hazırlanması nəzərdə tutulur. Bu komponentlə bağlı pilot layihə üçün seçilən məhdud ərazidə kadastr xəritələrinin hazırlanması həyata keçirilir və nəticədən asılı olaraq, seçilən model bütün respublika ərazisinə tətbiq olunacaq.
Qeyd edək ki, ortofotoxəritələrin hazırlanması Dünya Bankının maliyyələşdirdiyi «Daşınmaz əmlakın qeydiyyatı Layihəsi» çərçivəsində həyata keçirilir. Ümumilikdə, layihənin dəyəri 38 mln. ABŞ dolları təşkil edir və 2012-ci ilin sonuna qədər layihə üzrə nəzərdə tutulan bütün işlər tamamlanmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR