Bank Of Baku

Yaxın günlərdə Azərbaycanda Peyk Geodeziya Mərkəzlərinin avadanlıqla təchizatına dair beynəlxalq tender elan olunacaq

Yaxın günlərdə Azərbaycanda Peyk Geodeziya Mərkəzlərinin avadanlıqla təchizatına dair beynəlxalq tender elan olunacaq
# 06 fevral 2009 11:00 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən 2 744 bələdiyyədən 69-na bu günədək ərazilərinin xəritəsi verilməyib. «APA-Economics»in məlumatına görə, bunu fevralın 6-da keçirdiyi mətbuat konfransında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) sədri Qərib Məmmədov bildirib.
Q.Məmmədovun sözlərinə görə, 60 bələdiyyənin əraziləri Ermənistan ordusu tərəfindən işğal olunub, 9 bələdiyyənin isə öz aralarında torpaq mübahisəsi mövcuddur.
Q.Məmmədov bələdiyyə mülkiyyətində olan torpaqların hərrac və müsabiqələr yolu ilə satışı və icarəyə verilməsinə başlandığını vurğulayıb. Bu məqsədlə rayonlarda DTXK-nın yerli şöbələrinin əməkdaşlarından ibarət komissiya formalaşdırılıb. Həmçinin, komitə tərəfindən müvafiq sənədlər – ərizə, hərrac iştirakçılarının biletləri, protokol, hərrac və ya müsabiqə qalibinə verilən şəhadətnamə və s. nümunələri hazırlanaraq təsdiq olunub.
Azərbaycanda yalnız 41 təsərrüfatda qismən torpaq islahatının aparıldığını bildirən komitə sədrinin sözlərinə görə, hazırda torpaq islahatları aparılmamış cəmi 2 təsərrüfat qalır. Bunlardan biri Xaçmazda, digəri isə Qusardadır.
Q.Məmmədov Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən «Daşınmaz əmlakın qeydiyyatı Layihəsi» işlərinin davam etdirildiyini, Azərbaycan ərazisində daimi fəaliyyət göstərən Peyk Geodeziya Şəbəkəsinin qurulması istiqamətində işlərin aparıldığını vurğulayıb: «Şəbəkəyə daimi fəaliyyət göstərən 37 Peyk Geodeziya Mərkəzi daxil olacaq. Həmin şəbəkə vasitəsi ilə Azərbaycanın istənilən yerinə tələb olunan nöqtənin geodeziya koordinatlarının yüksək dəqiqliklə (1 sm qədər) alınması nəzərdə tutulur. Artıq Peyk Geodeziya Mərkəzlərinin 27 dayanacaq yeri inşa olunub».
Q.Məmmədov əlavə edib ki, DTXK tərəfindən hazırlanmış texniki şərtlər Dünya Bankı ilə razılaşdırılıb. Yaxın günlərdə mərkəzlərin müvafiq avadanlıqlarla təchiz olunması və şəbəkənin işə salınması ilə bağlı beynəlxalq tender elan olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR