Bank Of Baku

MDB məkanında istifadəyə verilən yaşayış sahələrinə görə Qazaxıstan liderlik edir

MDB məkanında istifadəyə verilən yaşayış sahələrinə görə Qazaxıstan liderlik edir
# 06 fevral 2009 12:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. MDB-nin Statistika Komitəsi 2008-ci ildə Birlik dövlətlərində istifadəyə verilən yaşayış sahələrinin göstəricilərini açıqlayıb.
«APA-Economics»in məlumatına görə, 2008-ci il ərzində Azərbaycanda 1,557 mln. kv. metr yaşayış sahəsi istifadəyə verilib ki, bu da 2007-ci illə müqayisədə 8,6% çoxdur.
Ötən il ərzində Rusiyada istifadəyə verilən yaşayış sahələrinin göstəricisi 63,762 mln. kv. metr təşkil edib və bu, əvvəlki ilə nisbətən 4,5% çoxdur.
Hesabat dövründə Ermənistanda 515,2 min kv. metr yaşayış sahəsi istifadəyə verilib ki, bu göstərici 2007-ci ilin analoji göstəricisini 9,8% üstələyib.
Hesabat ili ərzində yaşayış sahələrinin istifadəyə verilməsi sahəsində MDB ölkələri arasında ən yüksək artıma Qırğızıstan nail olub. Belə ki, 2008-ci ildə Qırğızıstanda 821,8 min kv. metr yaşayış sahəsi istifadəyə verilib ki, bu da 2007-ci illə müqayisədə 18,9% çoxdur.
Qeyd edək ki, Azərbaycanda 2007-ci ildə istifadəyə verilən yaşayış sahələrinin göstəricisi 2006-cı illə müqayisədə 2,1% artıb.

MDB ölkələrində 2008-ci ildə istifadəyə verilən yaşayış sahələri:

Ölkələr

Yaşayış sahəsi (min kv. metr)

2008-ci ildə 2007-ci illə müqayisədə artım (%)

2007-ci ildə 2006-cı illə müqayisədə artım (%)

Qazaxıstan

6 832,0

2,3

7,0

Ukrayna

6 483,01)

5,81)

18,7

Rusiya

6 376,2

4,5

20,6

Özbəkistan

6 083,01)

4,31)

7,4

Belarus

5 147,0

10,3

14,0

Azərbaycan

1 557,0

8,6

2,1

Qırğızıstan

821,8

18,9

19,2

Tacikistan

652,5

11,9

8,3

Ermənistan

515,2

9,8

24,6

Moldova

378,51)

8,01)

-3,6


* 2008-ci ilin yanvar-sentyabr ayları üzrə göstəricilər
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR