Bank Of Baku

Fevralın sonunadək «Aztelekom» ilə «Iskratel» arasında əməkdaşlıq müqaviləsi imzalanacaq

Fevralın sonunadək «Aztelekom» ilə «Iskratel» arasında əməkdaşlıq müqaviləsi imzalanacaq
# 06 fevral 2009 12:54 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Bu ilin fevral ayının sonuna kimi Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Aztelekom» İstehsalat Birliyi (İB) ilə «Iskratel» MMC arasında Sumqayıt şəhərində NGN və digər müasir telekommunikasiya avadanlıqlarının tətbiqinə dair müqavilənin imzalanacağı gözlənilir.
«Iskratel» MMC-dən «APA-Economics»ə verilən məlumata görə, hazırda müqavilənin şərtləri tərəflər arasında müzakirə edilir. İlkin məlumata görə, müqavilə çərçivəsində bu il ərzində Sumqayıtda ADSL xidmətlərinin sürətinin artırılması, NGN texnologiyası əsasında İP TV və digər xidmətlərin tətbiqi planlaşdırılır. Gələcəkdə şirkət Gəncə şəhərində də analoji layihəni həyata keçirməyi planlaşdırır.
Qeyd edək ki, hazırda NGN texnologiyası vasitəsi ilə Şamaxı Telekommunikasiya Qovşağı tam elektronlaşdırılıb. Bu texnologiyanın tətbiqi «Aztelekom» İB-nin abunəçilərinə İP-TV, video telefon, yüksək sürətli İnternet və 21 yeni servis xidmətinə qoşulmaq imkanı verir.
Xatırladaq ki, «Iskratel» şirkəti 1989-cu ildə Sloveniyanın «Iskra Telematika» və Almaniyanın «Siemens A.G.» şirkətləri tərəfindən təsis edilib. Şirkətin əsas fəaliyyəti gələcəyin informasiya cəmiyyətinin stasionar və mobil telefoniya, konvergent şəbəkələri, yeni nəsil şəbəkələri sahəsində kommunikasiya ehtiyaclarını təmin etmək üçün kompleks həllərin hazırlanmasıdır. «Iskratel» MMC isə Sloveniya şirkəti tərəfindən ötən il yaradılıb və onun Azərbaycandakı nümayəndəliyi funksiyalarını yerinə yetirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR