Bank Of Baku

Bakının daşınmaz əmlak bazarında yanvarda qiymətlər orta hesabla 1,9% düşüb

Bakının daşınmaz əmlak bazarında yanvarda qiymətlər orta hesabla 1,9% düşüb
# 06 fevral 2009 13:50 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Bakı şəhərinin daşınmaz əmlak bazarında 2009-cu ilin yanvar ayında qiymətlərin orta hesabla 1,9% enməsi qeydə alınıb. Bu barədə «APA-Economics»ə daşınmaz əmlak bazarının tədqiqatları ilə məşğul olan «MBA Consulting» şirkətindən məlumat verilib.
Şirkətdən bildirilib ki, ötən ay paytaxtda yaşayış sahələrinin təkrar seqmentində ucuzlaşma 0,7% təşkil edib, halbuki, ilkin bazarda bu enmə 2,3%-ə çatıb. Ekspertlərin fikrincə, torpaq bazarında qiymətlərin azalması yanvarda 2,8% səviyyəsində olub. Nəticədə, Bakıda 1 sot torpaq sahəsinin orta qiyməti 22,3 min ABŞ dollarına yaxın olub.
«MBA Consulting»in hesabatına əsasən, kirayə/icarə seqmentində qiymətlər təxminən 3,4-5% civarında düşüb. Belə ki, kommersiya sahələrinin icarəsi hər 1 kv. metrə görə 3,45 min dollar, yaşayış sahələrinin icarəsi isə 784 dollar təşkil edib.
Qeyd eək ki, Bakıda kommersiya və ticarət obyektlərinin qiymətləri təxminən 1,9% azalıb. Nəticədə, daşınmaz əmlak bazarında 2008-ci ilin dekabrına nisbətən fəallığın 8,4%-lik artımı qeydə alınıb. Buna baxmayaraq, son bir ildə bazar iştirakçılarının fəallığı 15% azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR