Bank Of Baku

Azərbaycan paytaxtında məktəb tədrisində İKT-nin tətbiqinə həsr olunmuş açıq dərslər keçirilib

Azərbaycan paytaxtında məktəb tədrisində İKT-nin tətbiqinə həsr olunmuş açıq dərslər keçirilib
# 06 fevral 2009 14:06 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Bu gün Bakı şəhərinin 5 №-li ümumtəhsil orta məktəbində tədrisdə İKT-nin tətbiqinə həsr olunmuş açıq dərslər keçirilib.
İKT Mərkəzindən «APA-Economics»ə verilən məlumata görə, açıq dərslər Azərbaycanda təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı (2008-2012-ci illər) çərçivəsində «Oxu», «Tarix», «İnformatika», «Kimya», «Riyaziyyat», «Fizika», «Anatomiya», «İngilis dili», «Azərbaycan dili və ədəbiyyatı» kimi fənlər üzrə keçirilib.
Açıq dərslər zamanı yuxarıda qeyd edilən fənlərin tədrisində İKT-nin ümumi tətbiq modeli təqdim olunub. Dərslərdə iştirak edənlər İKT-nin imkanları, həmçinin texniki avadanlıq və multimedia həllərinin istifadəsi ilə dərslərin keçirilməsi üçün metodik tövsiyələr haqqında tam məlumat alıblar.
Açıq dərslərdə Təhsil Nazirliyi Təhsil sisteminin informasiyalaşdırılması İdarəsinin, Bakı Təhsil İdarəsinin, «MƏDƏD» qeyri-hökumət təşkilatının nümayəndələri və digər müxtəlif məktəblərin müəllimləri iştirak etdilər.
Qeyd edək ki, 5 №-li məktəbinin müəllimləri İT-bacarıqlarının təkmilləşdirilməsi və tədrisdə İKT imkanlarının mənimsənilməsi proseslərinin fəal iştirakçılarıdır. Sözügedən məktəbin bir çox müəllimi «MƏDƏD» təşkilatı tərəfindən təşkil olunan «Müəllimlərin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi» treninqlərində iştirak ediblər və tədrisdə informasiya texnologiyalarının tətbiqi üçün zəruri bacarıqlara və metodikaya malikdirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR