Bank Of Baku

«Azercell» şirkəti «PE Croatian Telecom»la rouminq müqaviləsi imzalayıb

«Azercell» şirkəti «PE Croatian Telecom»la rouminq müqaviləsi imzalayıb
# 06 fevral 2009 14:29 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telecom» MMC ilə Bosniya və Herseqovinanın «PE Croatian Telecom» operatoru arasında GPRS/MMS rouminq xidməti istifadəyə verilib.
«Azercell» şirkətinin Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu, «Azercell»in Bosniya və Herseqovina ilə ikinci rouminq müqaviləsidir. «Azercell» abonentləri hazırda Bosniya və Herseqovinanın «BH Telecom» operatorunun xidmətindən yararlanır.
Xatırladaq ki, 3,5 mln. abunəçisi olan «Azercell Telecom» MMC indiyədək 69 ölkənin mobil rabitə operatoru ilə 166 GPRS/MMS rouminq sazişi bağlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR