Bank Of Baku

Abşeron yarımadasında NGN texnologiyasının tətbiqi üzrə işlər martın sonuna kimi başa çatacaq

Abşeron yarımadasında NGN texnologiyasının tətbiqi üzrə işlər martın sonuna kimi başa çatacaq
# 06 fevral 2009 14:45 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Aztelekom» İstehsalat Birliyi (İB) Abşeron yarımadasında, o cümlədən Xırdalan şəhərində mart ayının sonuna kimi NGN texnologiyasının tətbiqi üzrə işləri başa çatdıracaq.
«Aztelekom» İB-dən «APA-Economics»ə verilən məlumata görə, Abşeron yarımadasını əhatə edəcək NGN şəbəkəsinin ana stansiyası ATS-442-nin bazasında yaradılır.
Qeyd edək ki, Abşeron yarımadasında 50-ə yaxın ATS-də NGN texnologiyasının tətbiqi çərçivəsində Sloveniyanın «Iskratel» şirkəti tərəfindən avadanlığın quraşdırılması işləri aparılır.
Xatırladaq ki, Abşeron yarımadasında işlər başa çatdırıldıqdan sonra «Aztelekom» İB-nin ümumi şəbəkəsinin 9%-i NGN texnologiyası ilə əhatə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR