Bank Of Baku

«Firefox» brauzerinin yenilənmiş versiyası çıxıb

«Firefox» brauzerinin yenilənmiş versiyası çıxıb
# 06 fevral 2009 15:00 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. «Mozilla» birliyi məşhur «Firefox» brauzerinin 3.0.6. indeksinin yenilənmiş versiyasını buraxıb. Tərtibatçıların verdiyi məlumata görə, bir neçə qüsurun aradan qaldırması ilə yanaşı «Firefox 3.0.6» paketi lazımi sabitlik əldə edib.
«APA-Economics»in məlumatına görə, bununla yanaşı, «Firefox» uzun müddət ərzində açıq qaldıqda ekranın bir hissəsində yanlış təsvirin əmələ gəlməsinə gətirib çıxaran problem aradan qaldırılıb.
Digər dəyişikliklər sırasında yenilənmiş orfoqrafiya yoxlanmasının rus lüğətini, bəzi şriftlərin daha yaxşı təsvirini və bir az dəyişdirilmiş hərflər haqda məlumatların gəlməsi sistemini qeyd etmək olar. «Firefox 3.0.6» onlarla dillərdə «Windows», «Mac OS X» və «Linux» əməliyyat sistemləri üçün əlverişlidir.
Xatırladaq ki, statistikaya əsasən, «Firefox»un bazardakı payı hazırda 21,5% təşkil edir. Bir il əvvəl isə bu sistemdən İnternetə qoşulan kompüter sahiblərinin 17%-i istifadə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR