Bank Of Baku

Azərbaycanda yaxın iki ayda simsiz radiorabitə vasitələrinin istismarı üçün normativ-hüquqi sənədlər hazırlanacaq

Azərbaycanda yaxın iki ayda simsiz radiorabitə vasitələrinin istismarı üçün normativ-hüquqi sənədlər hazırlanacaq
# 09 fevral 2009 12:55 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi (DRİ) bu ilin birinci rübündə simsiz radiorabitə vasitələrinin tətbiqi, istismarı və tezliklərin radio-xidmətlər arasında bölüşdürülməsi və tezlik kanallarının seçilməsi üzrə beynəlxalq standartlara uyğun normativ-hüquqi sənədlərin hazırlanması istiqamətində ciddi iş aparacaq.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədovun sözlərinə görə, Azərbaycanda 3G texnologiyasının tətbiqi üçün zəruri olan tezliklərin böyük hissəsi artıq 15 ildir ayrı quruma verildiyindən, hazırda bu tip tezliklərin bölünməsi prosesi çətinləşib.
Qeyd edək ki, WIMAX texnologiyası fiksə olunmuş rejimdə (standart 802.16d) 1,5–11 Ghz diapazonunda, mobil rejimdə (standart 802.16e) 2-6 Ghz diapazonunda işləyir, 3G texnologiyaları isə 2 Ghz diapazonunda işləyir.
DRİ-dən «APA-Economics»ə verilən məlumata görə, 2009-2010-cu illər ərzində Mərkəzləşdirilmiş Avtomatik Radiomonitorinq Şəbəkəsinin qurulması üzrə işlər davam etdiriləcək. Qeyri-rəsmi məlumatlara əsasən, dünya təcrübəsində bu cür şəbəkələrin yaradılması 20 min dollara başa gəlir.
Bu dövr ərzində yeni texnologiyaların tətbiqi və digər dəyişiklikləri nəzərə alaraq, DRİ «Radiotezliklərin ayrılması, qeydiyyatı və istismara nəzarət» tariflərinə əlavə və dəyişikliklərin edilməsinə dair təkliflərin hazırlanması ilə bağlı tədbirlər həyata keçirəcək.
Bununla yanaşı, bu il ərzində mərkəzləşdirilmiş radiomonitorinq şəbəkəsinin tərkib hissələri olan Yeni Günəşli, Mehdiabad və Gəncə radiomonitorinq məntəqələri üçün müvafiq sahələrin alınması və tikinti-quraşdırma işlərinin aparılması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR