Bank Of Baku

«Intel» qiymət endirimini davam etdirir

«Intel» qiymət endirimini davam etdirir
# 09 fevral 2009 13:30 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. ABŞ-ın «Intel» Korporasiyası istehsal etdiyi SSD-disklərin qiymətini aşağı salıb. Artıq 80 GB həcmli X25-M noutbukları üçün nəzərdə tutulmuş modellərin qiyməti 390 dollar təşkil edir, yəni əvvəlkindən 34% ucuz.
«APA-Economics»in məlumatına görə, 2,5 düyümlü 80 GB həcmi olan X25-M «Intel» tərəfindən ötən ilin sentyabr ayından istehsal olunur. Modelin bir ədədinin ilkin qiyməti 1000 diskdən az olmayan partiya alındıqda 595 dollar təşkil edib. Məhsulun ucuzlaşmasına baxmayaraq, yeni qiymət klassik konstruksiyalı büdcə disklərinin qiymətləri ilə müqayisədə az münasibdir.
Bundan başqa, Buy.com internet-mağazası «Intel»i qabaqlayaraq, X25-M diskini 399 dollara satmağa başlayıb.
«Intel» qeyd edilən modellə qənaətlənməyib və 64 GB həcmli X25-E SSD-diskinin qiymətini 1000 diskdən az olmayan partiya alındıqda 795 dollara endirməyi planlaşdırır. Lakin hazırda bu modeli Buy.com tərəfindən 815,92 dollara satılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR