Bank Of Baku

Azərbaycanda yeni dəniz limanının inşasının işçi layihəsi gələn ilin aprel ayınadək tam şəkildə hazırlanacaq

Azərbaycanda yeni dəniz limanının inşasının işçi layihəsi gələn ilin aprel ayınadək tam şəkildə hazırlanacaq
# 09 fevral 2009 13:37 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Hollandiyanın «Royal Haskon Group» şirkəti Azərbaycan Nəqliyyat Nazirliyi ilə imzalanmış müqavilə əsasında Ələt qəsəbəsi yaxınlığında inşa olunacaq yeni dəniz limanının İşçi Layihəsini 2010-cu ilin aprel ayınadək tam şəkildə hazırlayıb təhvil verəcək. Bu barədə «APA-Economics»ə Nəqliyyat Nazirliyi nəqliyyat siyasəti və iqtisadiyyat şöbəsinin müdiri Sədrəddin Məmmədov məlumat verib.
S.Məmmədovun sözlərinə görə, İşçi Layihə üç mərhələdə hazırlanacaq. Birinci mərhələ cari ilin iyun ayınadək təhvil veriləcək. Bu çərçivədə limanın Baş Planı və dənizdə işlərin layihələndirilməsi hazırlanacaq. İkinci mərhələdə akvatoriyada platformaların, sahilbərkitmə işləri, körpülərin, üçüncü mərhələdə isə mexanizmlərin alınması, yolların və kommunikasiya xətlərinin çəkilişi işləri layihələndiriləcək.
«Şirkət eyni zamanda podratçının seçimi ilə bağlı tender sənədlərini hazırlayacaq. Hesab edirik ki, cari ilin avqust ayınadək podratçı şirkətin seçimi başa çatacaq», - deyə S.Məmmədov vurğulayıb.
Qeyd edək ki, Qaradağ rayonunun Ələt qəsəbəsi yaxınlığında inşa olunacaq limanda 11 yanalma körpüsü tikiləcək və bunun 6-sı birinci mərhələdə, yəni 2011-ci ilə qədər inşa olunacaq. Dünya standartlarına cavab verəcək liman artıq 2015-ci ildə 11,6 mln. ton yük qəbul etmək imkanına malik olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR