Bank Of Baku

«HP» şirkəti noutbuklarında «Linux» sistemindən istifadədən imtina edir

«HP» şirkəti noutbuklarında «Linux» sistemindən istifadədən imtina edir
# 10 fevral 2009 08:17 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. ABŞ-ın «Hewlett-Packard» (HP) şirkəti bərpa edilmiş «Linux» əməliyyat sistemi ilə təchiz olunmuş «HP Mini 1000» noutbuklarının satışından imtina edib.
«APA-Economics»in məlumatına görə, «HP»nin rəsmi nümayəndələri Britaniya daxil olmaqla, bir sıra Avropa ölkəsini əhatə edəcək bu qərarın əsas səbəbini açıqlamayıblar. «HP Mini 1000» noutbuku ötən ilin payızında bazara üç variantda təqdim olunub: «Windows XP» əməliyyat sistemi ilə təchiz olunmuş «HP Mini 1000» və «Vivienne Tam Special Edition» dizayner variantı, «Linux»la təchiz edilmiş «HP Mini 1000 MIE» modeli.
Buna baxmayaraq, noutbukun əvvəlki «HP 2133» modeli hələ də satışdadır. Metallik korpus və prosessorlu «Via C7-M» noutbuku həm «Windows XP», həm də açıq əməliyyat sistemi ilə satılır.
Qeyd edək ki, «Linux»la təchiz edilmiş noutbuklar «Microsoft» sistemi ilə olanlardan, dörd dəfə daha çox qaytarılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR