Bank Of Baku

«Peugeot Citroen» və «Renault» avtomobil şirkətlərinə yardım ayrılıb

«Peugeot Citroen» və «Renault» avtomobil şirkətlərinə yardım ayrılıb
# 10 fevral 2009 10:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Fransa hökuməti «Peugeot Citroen» və «Renault» avtomobil şirkətlərinə 6 mlrd. avro məbləğində vəsait ayıracaq.
«APA-Economics»in məlumatına görə, şirkətin hər birinə 3 mlrd. avronun ayrılması dünya maliyyə böhranı dövründə yardım etmək məqsədi daşıyır. Bunun nəticəsi olaraq, şirkətlər öz zavodlarının bağlanmasına dair qərardan vaz keçib.
Fransanın «Renault» şirkəti Avropanın aparıcı avtomobil istehsalçılarından sayılır. Şirkətin 118 ölkədə istehsal müəssisələri və kommersiya təşkilatları fəaliyyət göstərir, şirkətdə çalışan əməkdaşların ümumi sayı isə 126 min nəfər təşkil edir. «Renault» 1999-cu ildə Rumıniyanın «Dacia» avtomobil şirkətini, 2000-ci ildə isə «Samsung Motors» şirkətini alıb. Hazırda şirkət üç brendi idarə edir – «Renault», «Samsung Motors» və «Dacia».
«Peugeot Citroen» şirkətinə isə avtomobil bölməsindən əlavə «Banque PSA Finance» bankı və bir sıra digər şirkətlər daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR