Bank Of Baku

Britaniya hökuməti elektron pasportların yoxlanılması üçün terminal almağı unudub

Britaniya hökuməti elektron pasportların yoxlanılması üçün terminal almağı unudub
# 10 fevral 2009 10:55 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Böyük Britaniya hökuməti ölkədə elektron pasportların (National Identity Card) tətbiqinə 4,4 mlrd. funt sterlinq (6,6 mlrd. dollar) xərcləsə də, onlarla işləmək üçün müvafiq terminallar almayıb.
«APA-Economics»in məlumatına görə, Britaniyada ilk elektron pasportlar 2006-cı ildə buraxılıb. Sənəd vətəndaşın biometrik məlumatlarını saxlayan çiplə təchiz olunub. Bu məlumatları oxumaq üçün bank kartları ilə işləmək üçün nəzərdə tutulan terminalın analoqu olan xüsusi qurğu tələb olunur.
Maraqlıdır ki, indiyədək elektron pasportu bir neçə milyon britaniyalının almasına baxmayaraq, nə polisdə, nə də digər xidmətlərdə bu sənədlərlə işləmək üçün terminallar yoxdur. Nəticədə, pasportun çipində saxlanılan məlumatlardan istifadə etmək mümkün deyil.
Hökumət orqanlarının nümayəndələri qeyd edirlər ki, elektron pasportlar təhlükəsizdir və saxtalaşdırmadan qorunur. Lakin bəzi ekspertlər bu cür sənədləri etibarlı saymır, çünki orada yerləşən məlumatların sahibdən xəbərsiz sürətini çıxarmaq mümkündür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR