Bank Of Baku

«Azhinet» şirkəti də Azərbaycanda rəqəmsal kabel televiziyası xidmətləri göstərməyə hazırlaşır

«Azhinet» şirkəti də Azərbaycanda rəqəmsal kabel televiziyası xidmətləri göstərməyə hazırlaşır
# 10 fevral 2009 11:47 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanın «Azhinet» şirkəti ölkədə rəqəmsal kabel televiziyası xidmətlərinin tətbiqi məqsədi ilə lazımi avadanlığın alınması ilə bağlı bir sıra Şərqi Asiya şirkəti ilə danışıqlar aparır.
Şirkətin Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata əsasən, bu il ərzində rəqəmsal kabel televiziyası xidmətlərinin tətbiqi ilə bağlı tenderin keçirilməsi planlaşdırılır.
Yeni rəqəmsal texnologiyanın tətbiqi nəticəsində rəqəmsal kabel televiziyası vasitəsi ilə stereosəsli 300-400 rəqəmsal telekanalın yayımı mümkün olacaq. Bununla yanaşı, şirkət rəqəmsal kabel İnternet xidmətləri, o cümlədən İP-TV, İP-telefoniya, İP-radio, World IPTV, FTP-arxiv, hostinq xidmətlərini göstərməyi planlaşdırır.
Qeyd edək ki, hazırda kabel İnterneti xidmətləri Bakı şəhərində və Nabranda göstərilir, yeni texnologiyanın tətbiqi nəticəsində şirkət əhatə dairəsini regionlar üzrə genişləndirməyi planlaşdırır. Yeni texnologiyaya keçid 2010-cu ildə nəzərdə tutulur, hazırda isə şirkət «Komtek» şirkətinin avadanlığından istifadə edir.
Xatırladaq ki, «Azhinet» şirkəti kommunikasiya texnologiyalarını istifadə edən multiservis şəbəkə operatorudur və Azərbaycanın İKT bazarında artıq 5 il fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR