Bank Of Baku

Fevralın 12-də Azərbaycan paytaxtında yeni beynəlxalq avtovağzal açılacaq

Fevralın 12-də Azərbaycan paytaxtında yeni beynəlxalq avtovağzal açılacaq
# 10 fevral 2009 13:01 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə Nəqliyyat Nazirliyindən məlumat verilib.
Artıq avtovağzalda işlər başa çatıb. Avtovağzal kompleksi və buradakı mehmanxana tam hazırdır, giriş və çıxış yolları asfaltlanıb.
Qeyd edək ki, Bakı-Rusiya dövlət sərhədi avtomobil yolunun kənarında inşa edilmiş avtovağzal kompleksi 3,7 hektar sahəni əhatə edir və Cənubi Qafqazda ən böyük analoji qurğudur. Tikinti işlərinə 2004-cü ilin may ayında başlanılıb.
Kompleksə 1100 yerlik yeraltı avtomobil dayanacağı, ticarət köşkləri, həmçinin xidmət otaqları, 96 yerlik 3-ulduzlu otel daxildir. Avtovağzal gün ərzində 18-20 min sərnişinə xidmət göstərəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR