Bank Of Baku

Hava şəraitinə baxmayaraq, Bakı-Paris sərnişin aviareysi uğurla yerinə yetirilib

Hava şəraitinə baxmayaraq, Bakı-Paris sərnişin aviareysi uğurla yerinə yetirilib
# 10 fevral 2009 13:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Fransada müşahidə olunan güclü qasırğalara baxmayaraq, «Azərbaycan Hava Yolları» QSC-nin (AZAL) həyata keçirdiyi Bakı-Paris sərnişin aviareysi uğurla yerinə yetirilib.
AZAL-dan «APA-Economics»ə verilən məlumata görə, 073 saylı Bakı-Paris sərnişin aviareysi bu gün saat 07:10-da havaya qalxıb və heç bir problem olmadan Parisdə enib. Uçuş «Airbus-319» avialayneri ilə yerinə yetirilib.
Qeyd edək ki, qasırğa nəticəsində «Aeroflot» və «Air France» kimi iri aviaşirkətlərin reysləri təxirə salınıb. Belə ki, Parisin bir sıra hava limanları müvəqqəti olaraq fəaliyyətini dayandırıb.
Fransanın «Meteo France» meteorologiya xidmətinin məlumatlarına əsasən, Parisdə küləyin gücü 120-140 km/saata çatıb. Qasırğanın bu gün gecəyə kimi davam edəcəyi proqnozlaşdırılır.
Xatırladaq ki, Bakı-Paris marşrutu ilə sərnişin aviareysi hər həftənin II və VI günləri saat 07:10-da yerinə yetirilir. Hazırda Bakı-Paris-Bakı aviareysinə biletin satış qiyməti 518 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR