Bank Of Baku

«Nissan» Rusiyada avtomobil istehsalına başlayıb

«Nissan» Rusiyada avtomobil istehsalına başlayıb
# 11 fevral 2009 07:26 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Yaponiyanın «Nissan» avtomobil şirkəti Santk-Peterburqda (Rusiya) yerləşən zavodunda test rejimində avtomobil istehsalına başlayıb.
«APA-Economics»in məlumatına görə, «Nissan» zavodu bu ilin aprel ayında artıq istifadəyə veriləcək, zavodun rəsmi açılışı isə may ayında keçiriləcək. Müəssisədə ildə 50 min «Teana» və «X-Trail» modellərinin istehsalı planlaşdırılır ki, burada 750 işçi çalışacaq.
Qeyd edək ki, «Nissan» zavodunun inşasına 2007-ci ilin iyul ayında başlanıb və layihəyə 5,5 mlrd. rubl (153 mln. ABŞ dolları) həcmində investisiya yatırılıb.
Xatırladaq ki, «Nissan» zavodu Sankt-Peterburqda yerləşən sayca üçüncü xarici avtomobil müəssisəsidir. Belə ki, bu şəhərdə 2007-ci ilin dekabrında «Toyota», 2008-ci ilin noyabrında isə «General Motors» şirkətlərinin zavodları fəaliyyətə başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR