Bank Of Baku

Azərbaycanın ilk İnternet provayderi tarifləri endirir

Azərbaycanın ilk İnternet provayderi tarifləri endirir
# 11 fevral 2009 07:38 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanın ilk İnternet provayderi olan «İntrans» şirkəti bu ilin mart ayının 1-dən etibarən geniş zolaqlı İnternet xidmətilərinə tariflərini 1,5-2 dəfə endirəcək.
Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata əsasən, ADSL xidməti növü üzrə istifadəçilərə 23,6 manat tarifi ilə göstərilən hazırkı 2 Gbit/s trafikli İnternetə qoşulma imkanı gələn aydan etibarən 3 Gbit/s-dək artırılacaq.tADSL xidməti vasitəsi ilə İnternetə qoşulma tarifləri sürəti artırmaqla 2 dəfə endirilib. Belə ki, mart ayından etibarən göstərilən xidmətlərin minimal sürəti 256 Kbit/s həddində müəyyən ediləcək və bu sürətlə İnternetə qoşulma tarifi hazırkı 94 manatdan 52 manata düşəcək.
Bununla yanaşı, şirkət hostinq və əvvəlcədən ödənilən kartlar vasitəsi ilə göstərilən Dial-up xidmətlərinin ucuzlaşdırılması nəzərdə tutulur.
Xatırladaq ki, «Intrans» şirkəti 1991-ci ildə yaradılıb və fəaliyyətinin əsas məqsədləri kommutə və ayrılmış xətlər vasitəsilə təşkilat və fərdi şəxslərə İnternetə çıxış təqdim etmək, veb-serverləri yerləşdirmək, İnternetdən istifadə etməklə kommersiya və qeyri-kommersiya layihələri hazırlamaq və həyata keçirmək, lokal şəbəkələri quraşdırmaq, sazlamaq və tam texniki təminat göstərmək, veb-saytlar yaratmaqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR