Bank Of Baku

Buxarestdə TRACECA Hökumətlərarası Komissiyasının işçi qrupunun iclası keçiriləcək

Buxarestdə TRACECA Hökumətlərarası Komissiyasının işçi qrupunun iclası keçiriləcək
# 11 fevral 2009 07:57 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Fevralın 18-20-də Buxarestdə (Rumıniya) TRACECA Hökumətlərarası Komissiyasının Milli Katiblərindən ibarət İşçi Qrupunun növbəti iclası keçiriləcək. Bu barədə «APA-Economics»ə TRACECA Hökumətlərarası Komissiyasının Azərbaycan Milli Katibliyinin rəhbəri Akif Mustafayev məlumat verib.
A.Mustafayevin sözlərinə görə, iclasda TRACECA dəhlizində həyata keçiriləcək layihələr, həmçinin Hökumətlərarası Komissiyada keçiriləcək instutsional islahatlarla bağlı müzakirələr aparılacaq. Həmçinin, Hökumətlərarası Komissiyanın iyun ayının 15-16-da Bişkəkdə (Qırğızıstan) keçiriləcək konfransının gündəliyinə salınacaq məsələlərə də baxılacaq.
Qeyd edək ki, mərkəzi qərargahı Bakıda yerləşən TRACECA Hökumətlərarası Komissiyası 1998-ci ildə yaradılıb. Hazırda Hökumətlərarası Komissiyada Avropa və Asiyanın 12 dövləti təmsil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR