Bank Of Baku

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində rəhbər işçilər üçün test imtahanı keçirilib

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində rəhbər işçilər üçün test imtahanı keçirilib
# 11 fevral 2009 11:49 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində (DƏDRX) bu qurumun ərazi idarələrində çalışan rəhbər işçilər üçün test imtahanı keçirilib.
DƏDRX-dən «APA-Economics»ə verilən məlumata görə, imtahanda Xidmətin ərazi idarələrinin rəisləri, rəis müavinləri, baş mühəndisləri, baş mühəndis müavinləri və baş mühasiblərin bilik səviyyəsi yoxlanılıb. Xüsusi proqram təminatının köməyi və test üsulu ilə keçirilən imtahana 58 nəfər iştirakçı cəlb edilib. Bu zaman hər rəhbər işçinin bilik səviyyəsi 100 ballıq sistem üzrə qiymətləndirilib. Proqrama daxil edilən test sualları daşınmaz əmlakın qeydiyyatı, kadastrı, texniki inventarlaşdırması və hüquqi məsələləri əhatə edib. İmtahanın nəticələrinin təhlilindən sonra ərazi idarələrinin rəhbər işçiləri üçün xüsusi təlim proqramı hazırlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR