Bank Of Baku

Yaxın vaxtlarda Azərbaycana yeni «Samsung» mobil telefonu gətiriləcək

Yaxın vaxtlarda Azərbaycana yeni «Samsung» mobil telefonu gətiriləcək
# 11 fevral 2009 12:52 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – Azərbayanın «Baku Electronics» şirkəti yaxın iki ay ərzində yerli mobil telefonları bazarına yeni «Samsung GT-M8800» modelini satışa çıxaracaq.
Şirkətin Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata əsasən, yeni model 3-diapazonlu şəbəkəyə malikdir, GSM 850/900/1800/1900, GPRS, EDGE, 3G - WCDMA 2100 texnologiyalarını dəstəkləyir. Birləşmə vasitələri isə Bluetooth 2.0, USB 2.0, WAP 2.0.
Mobil telefon 8 Mp qüclü rəqəmli kamera ilə təchiz edilib, telefon kitabçasının yaddaş imkanları 2000 nömrə tutur, kart yaddaşı – microSDHC-dir. Yeni modelin ölçüləri 107,9×54,6×13,8 mm, çəkisi 122 qramdır. Telefonun yaddaşı 200 Mb təşkil edir. Telefonun dəqiq satış qiyməti açıqlanmasa da, Rusiyada bu model 450-600 ABŞ dollarına (modifikasiyadan asılı olaraq) satılır.
Xatırladaq ki, «Baku Electronics» şirkəti 1994-cü ildə fəaliyyətə başlayıb və hazırda 29-dan artıq regionda 60-dan çox nümayəndəliyi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR