Bank Of Baku

ABŞ-da xakerlər Mülki Aviasiya İdarəsinin serverini dağıdıb

ABŞ-da xakerlər Mülki Aviasiya İdarəsinin serverini dağıdıb
# 11 fevral 2009 14:11 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. ABŞ-da xakerlər Mülki Aviasiya İdarəsinin (MAİ) serverlərindən birinə hücum edib və bu təşkilatın 45 min keçmiş və hazırkı işçilərinin şəxsi məlumatları, o cümlədən sosial sığorta nömrələrini oğurlayıblar.
«APA-Economics»in məlumatına görə, xakerlər tərəfindən dağıdılmış serverin hava hərəkətinə nəzarət sisteminin istifadəsi ilə heç bir əlaqəsi yoxdur və sistem zərər çəkməyib. Məlum olub ki, cinayətkarlar tərəfindən oğurlanmış faylda şifrə olunmuş tibbi məlumatlar saxlanılıb.
MİA-nın məlumatına əsasən, İdarədə bu cür hadisə ilk dəfə baş verir. Üç il bundan öncə isə Həmkarlar İttifaqı öz üzvlərinin şəxsi məlumatlarının itkisi faktı ilə üzləşib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR