Bank Of Baku

Azərbaycanda daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sisteminin inkişafı üzrə xüsusi Dövlət Proqramı qəbul olunacaq

Azərbaycanda daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sisteminin inkişafı üzrə xüsusi Dövlət Proqramı qəbul olunacaq
# 11 fevral 2009 14:58 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Azərbaycanda daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sisteminin inkişafı üzrə xüsusi Dövlət Proqramının qəbul olunacağı gözolənilir. Bu barədə «APA-Economics»ə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən (DƏDRX) məlumat verilib.
Xidmətdən bildirilib ki, 2009-2014-cü illərdə həmin sahədə görüləcək tədbirləri əhatə edən bu sənədin ilkin layihəsi artıq tərtib olunub. Proqramda yaxın beş ildə ölkənin sosial-iqtisadi inkişafına və daşınmaz əmlak bazarında dövriyyənin artmasına müvafiq olaraq əmlak qeydiyyatı sisteminin sadələşdirilməsi, vətəndaşlara xidmət şəraitinin daha da yaxşılaşdırılması, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı prosesində şəffaflığın və operativliyin təmin olunması məsələləri əksini tapıb. Əmlakın qeydiyyatı sahəsinin inkişaf etdirilməsində dövlət siyasətini istiqamətləndirəcək yeni Proqram DƏDRX-in Aparatında, struktur bölmələrində və 20 ərazi idarələrində müzakirə olunub.
Xatırladaq ki, DƏDRX 2005-ci ilin fevral ayında Azərbaycan prezidentinin fərmanı ilə yaradılıb. Xidmət daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirir. Eyni zamanda, DƏDRX daşınmaz əmlakın vahid kadastrını tərtib edən, müvafiq mülkiyyət hüquqlarının qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işlərini aparan, eləcə də müvafiq texniki sənədləri tərtib edən və öz səlahiyyətləri daxilində əmlak obyektlərinin real dəyərini müəyyənləşdirən mərkəzi icra hakimiyyəti orqanıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR