Bank Of Baku

Rusiya 6 min dollarlıq «Qazel» yük avtomobilinin istehsalına başlayır

Rusiya 6 min dollarlıq «Qazel» yük avtomobilinin istehsalına başlayır
# 12 fevral 2009 09:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Rusiyanın QAZ avtomobil zavodu 6 min ABŞ dolları məbləğində olan yeni «Qazel» yüngül yük avtomobil modelinin istehsalına hazırlaşır.
«APA-Economics»in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, yeni «Qazel» Rusiya bazarında ən ucuz kommersiya avtomobili olacaq. Ümumiyyətlə, «Qazel»in ən ucuz modifikasiyası hazırda 9,9 min dollara satılır. Avtomobil ekspertləri üçün isə yeni model nəyin hesabına bu qədər ucuzlaşacağı hələ məlum deyil. Lakin ekspertlər bu cür avtomobilin maliyyə böhranı dövründə istehsal etməyi uğurlu ideya sayırlar.
Yeni avtomobilin nə vaxt istehsal olunacağı hələ məlum deyil. Belə ki, maliyyə böhranına görə QAZ istehsalı bir qədər azaldıb və həftə ərzində üç gün işləyir.
QAZ zavodunun rəhbərliyinin fikrincə, yeni «Qazel»in istehsalından sonra bu modelin satış həcmi 15-20% artacaq.
Qeyd edək ki, hazırda Rusiya avtomobil bazarında satılan «Qazel» modellərinin qiyməti 10% düşüb. Əgər 2008-ci ildə ən ucuz «Qazel»in satış qiyməti 11 min dollar təşkil edirdisə, bu ilin fevral ayının əvvəlində satış qiyməti 9,9 min dollaradək enib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR