Azərbaycanda ilk nitqin tanınması sistemi yaradılır
Layihənin əməkdaşı Rauf Fətullayevin «APA-Economics»ə verdiyi məlumata əsasən, nitqin tanınması sistemi dedikdə, mikrofona deyilmiş nitqi kompüterdə yazıya çevirən proqram nəzərdə tutulur. Qeyd edək ki, proqramın təqdimatının 2009-cu ilin sonuna kimi keçiriləcəyi gözlənilir.
R.Fətullayevin sözlərinə görə, nitqin tanınması sistemləri həmçinin gələcəkdə kompüterlərin, avtomobillərin, robotların və digər qurğuların (məsələn, məişətdə istifadə edilən qurğuların) Azərbaycan dilində daha təbii və asan yolla - nitq vasitəsilə idarə olunmasını təmin edəcək: «Ümumiyyətlə, bu texnologiya bir çox sahələrdə insanların köməyinə gəlir - tibb, hərbi sənaye, aviasiya, telekommunikasiya, mobil telefonlar, nəqliyyatda naviqasiya sistemləri, avtomobil sənayesi, «ağıllı» evlər, əcnəbi dilin öyrənilməsi, müasir kompüter oyunları və s.».
Qeyd edək ki, bu cür imkan «Windows» sistemində mövcuddur, «Dilmanc» nitqin tanınması sistemi isə Azərbaycan dili üçün ilk analoji sistemidir. Maşın tərcüməsi sisteminin tərkib hissəsi olmaqla yanaşı, həmçinin digər proqramlara da mətni mikrofon vasitəsilə daxil etməyə imkan verəcək.
Ekspert hesab edir ki, Azərbaycan dilinin morfoloji cəhətdən zəngin olması nitqin tanınması sistemlərinin yaradılmasında bir sıra çətinliklər yaradır. Elmi araşdırma tələb edən sahələrin çox olmasına baxmayaraq, problemlərin bir çoxu artıq həll edilib və bu il nitqin tanınması sisteminin ilkin versiyasının təqdimatı gözlənilir.
Layihənin direktoru Əbülfət Fətullayevin sözlərinə görə isə, nitqin tanınması sisteminin mövcudluğu gələcəkdə nitqin nitqə sinxron tərcüməsi sisteminin yaradılmasına imkan verəcək. Belə ki, mikrofona deyilmiş mətn avtomatik yazıya çevrilərək maşın tərcüməsi proqramına ötürüləcək. Proqram mətni tərcümə etdikdən sonra, mətnin səsləndirilməsi (yazılı mətnin nitqə çevrilməsi) sistemi vasitəsilə yenidən nitqə çevriləcək. «Layihə çərçivəsinə Azərbaycan dilində olan mətnin kompüter vasitəsilə səsləndirilməsi sisteminin yaradılması üçün də elmi tədqiqatlara artıq başlanılıb», - deyə Ə.Fətullayev bildirib.
Bundan əlavə, «Dilmanc» maşın tərcüməsi sisteminin tərcümə keyfiyyətinin yüksəldilməsi üzərində də elmi araşdırmalar aparılır. Ə.Fətullayev həmçinin qeyd edib ki, bu il tərcümə sisteminin arxitekturasının yenidən qurulması və dünyada maşın tərcüməsinə mövcud yanaşmalardan eyni zamanda istifadə edən hibrid yanaşmanın yaradılması üzərində iş aparılacaq. Bu səbəbdən sistemin bir müddət yeni versiyasının buraxılmayacağı gözlənilir.
«Bütün yuxarıda sadalanan texnologiyalar - maşın tərcüməsi, nitqin tanınması, mətnin səsləndirilməsi, sinxron tərcümə və s. - xalqımızın əcnəbi dildə olan geniş informasiya mənbələrinə çıxışını, informasiya mübadiləsini asanlaşdıracaq və intellektual kompüter texnologiyalarının yaratdığı geniş imkanlardan Azərbaycan dilində istifadə etməsinə imkan yaradacaq», - deyə layihənin direktoru vurğulayıb.
Layihənin 2009-2012-ci illərdə həyata keçirilməsi nəzərdə tutulur, ilkin mərhələdə Azərbaycan-ingilis, ingilis-Azərbaycan versiyaları hazırlanacaq, gələcəkdə isə tələbat olduqda digər dillərə tərcümə sistemi hazırlana bilər.
Xatırladaq ki, layihə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycandakı nümayəndəliyi tərəfindən həyata keçirilir. Layihə üzrə işlərə 2005-ci ilin aprel ayından başlanılıb, Azərbaycan-ingilis, ingilis-Azərbaycan və türk-Azərbaycan istiqamətləri üzrə tərcümənin ilkin versiyası hazırlanaraq istifadəçilərə təqdim olunub.
İnfrastruktur
“Regional Su Meliorasiya” və “İri Şəhərlərin Su Təchizatı” QSC-lərin nizamnamələri təsdiqlənib
ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb
"Botanica Residence"nin rəsmi təqdimatı baş tutub: Təbiət və şəhər həyatının harmoniyası - FOTO
Deputat yollarda standartlara uyğun olmayan nişanlanma və cərimələrdən narazıdır
Xəbər Lenti
DÇ-2026: Braziliya 3 xalı 3 qolla qazanıb
Fon der Lyayen: Aİ hərbi sənayesi Avropa Komissiyasının nəzarətində olmalıdır
Pistorius Litvadakı Bundesver briqadası üçün kifayət qədər könüllü tapa bilmir
Tramp: Ukraynaya silah tədarükü xərclərini Avropa ölkələri qarşılamalıdır
DÇ-2026: Mərakeş Şotlandiyanı məğlub edib
Fransada nüvə silahlarının hazırlanmasına cavabdeh qurumun əməkdaşları tətil elan ediblər
ZDF: Almaniyada Ukraynaya hərbi yardımın artırılmasına dəstək azalır
DÇ-2026: ABŞ millisi Avstraliyanı məğlub edib
Tramp: İsraili Livanla atəşkəsə şəxsən mən razı saldım
ABŞ kəşfiyyatı İsrailin Vaşinqton-Tehran razılaşmasına mane ola biləcəyindən narahatdır
Tramp: Rusiyanın iştirakı ilə G8 formatı saxlanılsaydı, Ukrayna böhranının qarşısı alına bilərdi
Times: Starmer yaxın günlərdə istefa verə bilər
Tramp Kubada Venesuela ssenarisinə oxşar əməliyyat keçirilməsi ehtimalını istisna etməyib
Tramp: Hörmüz boğazını hərbi yolla açmaq mümkün olmazdı
Niderland NATO üçün "MQ-9 Reaper" PUA-larından istifadə edəcək
Makron: Avropa İttifaqı Ukrayna üzrə danışıqlarda vasitəçi ola bilməz
Merz: Ukrayna müharibə vəziyyətində olduğu müddətdə Aİ üzvü ola bilməz
Polşa Prezidenti Zelenskini ölkənin ali dövlət mükafatından məhrum edib
Fon der Lyayen İsraili Livanın suverenliyinə hörmət etməyə çağırıb
Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Qazaxıstandakı səfirliyini ziyarət edib
İstanbulda hava limanına gedən metro qatarı relsdən çıxıb
Zelenski: Tramp Rusiyaya qarşı sanksiyalara qayıdacağını və Ukraynaya yardımı artıracağını vəd edib
Zelenski Lukaşenkoya bir həftə vaxt verib
Dübəndi sahilində aşkarlanan neft qalıqları ərazidən kənarlaşdırılıb - FOTO - VİDEO
Rüstəm Minnixanov Prezident İlham Əliyevi təbrik edib
“TEAS Press”in keçirdiyi gənclərin roman müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTO
Çingiz Əsgərov Avropa Məhkəməsinin “V.T. və digərləri Azərbaycana qarşı” iş üzrə qərarını qəti şəkildə rədd edir
Balaxanı neftçiləri ADNSU-da Geologiya Elmləri üzrə Tədqiqat təqaüdü təsis etdilər - FOTO
DÇ-2026: Braziliya qələbə axtarışında
Azərbaycan-Ermənistan sərhədində zəlzələ olub
Ukrayna PUA-ları Moskvaya kütləvi hücum edib, 80-ə yaxın dron vurulub - YENİLƏNİB-1
Dövlət proqramının hədəfləri, fermerlərin gözləntiləri: Şəmkirdə keçirilən aqrar müşavirədən REPORTAJ
Aİ Rusiyanın ticarət məhdudiyyətlərinə görə Ermənistana 34 milyon avro ayırıb
Azərbaycan şahmatçısı Aydın Süleymanlı dünya çempionu Maqnus Karlseni məğlub edib - FOTO
Rəsmi Tehran: AEBA müfəttişlərinin nüvə obyektlərində təftiş aparması planlaşdırılmır
Caner Erkin karyerasını başa vurduğunu açıqlayıb
İsrail Livanı bombalayıb, 47 nəfər ölüb - YENİLƏNİB
İran XİN Hörmüz boğazının bağlanmasına dair xəbərləri təkzib edib
DİM: Sıfır bal toplayanlar ən çox riyaziyyat, coğrafiya və kimya fənləri üzrədir
Malayziya səfirinin Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb - FOTO
İran XİN: ABŞ-la yaxın günlərdə görüşün keçirilməsi üçün hazırlıq görülür
Elnarə Akimova: Uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən qorunması zamanın tələbidir
Qəbul imtahanlarında abituriyentlərin 21.4%-i fənlərin ən azı birindən sıfır bal toplayıb
DİM: Azərbaycan və rus bölmələrində abituriyentlərin hazırlıq səviyyəsi arzuolunan deyil
MN-in Tibb İdarəsində müşavirə keçirilib
DİM: İxtisas qrupları üzrə qəbul planı ilə ərizələrin sayı arasında qeyri-tarazlıq var
Xocalıda 34 ildən sonra ilk dəfə barama tədarük olunub - FOTO